AZ

NASA 50 ildən sonra astronavtların iştirakı ilə ilk Ay missiyasını həyata keçirməyi planlaşdırır

ain.az, Azertag saytına istinadən bildirir.

London, 24 sentyabr, AZƏRTAC

ABŞ-ın kosmik agentliyi NASA 50 ildən sonra ilk dəfə astronavtları Ay ətrafına göndərməyi planlaşdırır.

AZƏRTAC BBC-yə istinadla xər verir ki, missiyanın 2026-cı ilin fevralında başlaması nəzərdə tutulur.

Bildirilib ki, “Artemis II” adlanan və 10 gün davam edəcək missiya 4 astronavtın Ay ətrafına uçuşunu nəzərdə tutur. Məqsəd sistemlərin sınaqdan keçirilməsi və gələcəkdə insanın Ay səthinə enməsinə, daha sonra isə uzunmüddətli bazanın yaradılmasına zəmin hazırlamaqdır.

Hər hansı bir ölkənin insanların iştirakı ilə Ay missiyası həyata keçirməsindən 50 il keçir. NASA sistemləri sınaqdan keçirmək üçün dörd astronavtı Aya göndərib geri qaytaracaq. NASA əvvəllər missiyanı ən geci 2026-cı ilin aprel ayına qədər həyata keçirməyi planlaşdırsa da, indi bu tarixi irəli çəkməyə çalışır.

“Artemis” proqramının buraxılış direktoru Çarli Blekvel-Tompson bildirib ki, astronavtları Aya aparacaq güclü Space Launch System (SLS) raket kompleksi demək olar ki, hazırdır. Yalnız Orion ekipaj kapsulunun tamamlama işləri və yerüstü sınaqlar qalır.

Xatırladaq ki, “Artemis I” missiyası 2022-ci ilin noyabrında baş tutmuş, pilotsuz kosmik gəmi 25 günlük səyahət zamanı Ay ətrafında dövrə vuraraq Yer atmosferinə qayıtmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr