AZ

Bu ərazidə avtomobil saxlayan sürücülərin NƏZƏRİNƏ - 40 manat cərimə oluna bilərsiniz

Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığındakı yoldan istifadə edən sürücülər cərimələndiklərinin səbəbini bilmirlər. 

Milli.Az xəbər verir ki, onlar sadəcə bir neçə dəqiqəlik avtomobili saxladıqları üçün 40 manat məbləğində cərimə olunurlar. Maraqlısı isə ərazidə nə dayanma-durma qadağan işarəsi var, nə də kameralar. 

Bəs bu cərimə necə gəlir? 

Məsələ ilə bağlı BŞDYPİ-dən bildirildi ki, nəqliyyat vasitələrinin piyadalar üçün nəzərdə tutulan səkilərdə, yolun hərəkəti hissəsinin 2-ci və sonrakı zolaqlarında, avtobus zolaqlarında, piyada keçidlərində, girişlərdə dayanma0durmaq qadağandır.

Belə olan halda sürücülərə alternativ variantlar təklif edilir. Sıxlığın yaranmaması və cərimə olunmamaq üçün bazar yaxınlığındakı 5 mərtəbəli dayanacaqdan istifadə edə bilərlər.

Asya
Milli.Az 

Seçilən
8
8
milli.az

9Mənbələr