AZ

Tramp Putinə qarşı mövqeyini niyə dəyişdi? SƏBƏB

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən “ümidini kəsdiyini” bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və daha sonra sosial media paylaşımı Trampın Ukrayna məsələsindəki mövqeyində əsaslı dəyişikliklərin olduğunu göstərir.

O qeyd edib ki, Rusiyanın ciddi problemləri var və iqtisadiyyatı dağılmaq ərəfəsindədir. Tramp Ukraynanı böyük ruhlu, cəsur və mərd xalq kimi xarakterizə edib. Zelenskini isə ağır mübarizəyə rəhbərlik edən mərd və qətiyyətli insan kimi qiymətləndirib.

Bundan əlavə, Tramp NATO ölkələrinə çağırış edərək bildirib ki, hava məkanını pozan Rusiya təyyarələri dərhal vurulmalıdır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Trampın Zelenski ilə görüşdən sonra səsləndirdiyi fikirlər onun Rusiya ilə bağlı əvvəlki ritorikasından tamamilə fərqlidir:

“Tramp Putinlə bağlı ümidlərinin tükəndiyini açıq şəkildə vurğulayır və Rusiyanın ağır iqtisadi durumuna diqqət çəkir. Bu, onun Rusiyanın perspektivlərinə inamının tükəndiyini və Ukraynanın davamlı müqavimətinə hörmətlə yanaşdığını göstərir. Əvvəllər Tramp Moskva ilə münasibətlərdə daha balanslı davranmağa çalışırdı, amma indi açıq şəkildə bildirir ki, Rusiya iqtisadi baxımdan çökür və artıq ciddi oyunçu mövqeyini itirib”.

Qabil Hüseynli

Politoloq qeyd edib ki, son açıqlamalar Trampın Rusiya ilə münasibətlərdə güzəştə getmək fikrində olmadığını, əksinə, daha sərt və qətiyyətli xətt tutmağa hazır olduğunu göstərir:

“Bu siyasət həm Rusiya, həm də region üçün vəziyyəti daha da gərginləşdirə bilər. Lakin Kremllə başqa cür dil tapmaq çətindir. Rusiyanın son zamanlar NATO ölkələrinə qarşı cürətkar davranışları, onların sərhədlərini pozub hava məkanına daxil olması ciddi gərginlik yaradıb. Bütün bunların fonunda Trampın Putinə belə sərt reaksiya bildirməsi təbiidir. Görünür, ABŞ getdikcə Rusiyaya qarşı daha sərt mövqe tutacaq”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr