ain.az bildirir, Modern.az portalına istinadən.
Bu səfər ilk növbədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricidir.
Modern.az-ın məlumatına görə, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə birgə mətbuat konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
"Xanım Brnabçin rəhbərlik heyəti nümayəndə heyəti ilə Azərbaycan və Serbiya ölkələrinin əlaqələrini müzakirə etdik. Siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə inkişaf edir.
Dövlət başçılarımızın qarşılıqlı səfərləri, müntəzəm görüşləri, dostluq münasibətləri, ikitərəfli və çoxtərədli görüşləri dostluğumuzun göstəricisidir", - o qeyd edib.
Spiker vurğulayıb ki, Azərbaycan və Serbiya arasında münasibətlər təkcə ikitərəfli deyil, eyni zamanda regionda önəmli əhəmiyyət kəsb edir.
"Görüş zamanı xanım Braniç ilə Parlamentlərimizin mövcud vəziyyətini nəzərdən keçirdik. Bu gün parlamentlərarası münasibətlərimizin çox yüksək səviyyədə olduğuna əmin olduq.
Ötən dövr ərzində parlament nümayəndələrinin qarşılıqlı səfərləri münasibətlərə öz töhfəsini verib.
Görüş çərçivəsində gələcəkdə əlaqələrimiz daha da genişlənməsi yolunda müzakirələr etdik.
Biz bütün imkanlardan faydalanaraq əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq", - Sahibə Qafarova bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.