AZ

İdarə Heyətinin sədri: İşğaldan azad olunmuş ərazilərin bərpası işində həmrəylik nümayiş etdirməliyik

Bakı, 24 sentyabr, AZƏRTAC

Müharibə zamanı xalqımız həmrəylik nümayiş etdirdi və məhz həmrəyliyimiz, birliyimiz sayəsində düşmənə qalib gəldik, tarixi Zəfər qazandıq. İşğaldan azad olunmuş ərazilərin bərpası işində də həmrəylik nümayiş etdirmək olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.

Rəhman Hacıyev tədbir iştirakçıları ilə birgə işğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyasının təşkil olunması ilə bağlı da təklif səsləndirib.

 

 

Seçilən
23
azertag.az

1Mənbələr