AZ

Ülkər Səttarova: “Dünya reytinqində 9 Azərbaycan universiteti yer alır”

Hazırda dünya reytinqində 9 Azərbaycan universiteti var. Onlardan 6-sı top pillədə yer alır. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil üzrə Agentliyin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu, çox müsbət dinamikadır. Times Higher Education beynəlxalq reytinq agentliyinin oktyabr ayında açıqlanaq yeni siyahısında universitetlərimizin sayının artacağı gözlənilir:

"Bəzən ekspertlər irad tuturlar ki, Azərbaycan universitetləri reytinq  dalınca qaçır. Amma bu bir dünya standartıdır. Dünya üzrə ali təhsil meyarları necə ölçülürsə, biz də onu əsas tuturuq. Beynəlxalq reytinq qurumlarının metodologiyaları əsasında aparılır. Ali təhsilin meyarları üçün başqa şərtlər yoxdur". 

Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim Media

Seçilən
32
1
bizim.media

2Mənbələr