AZ

Fəzail Ağamalıdan şok açıqlama: “Ruslar Putini Kremlin düz ortasında asacaq”

Rusiya Ukraynaya təcavüz etdiyi gündən bəri mənim bir fikrim var: Rusiya tək Ukrayna ilə deyil, bütün dünya ilə, 50-dən çox ölkə ilə döyüşür. Buna Rusiyanın resursları çatmayacaq”.


Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. 

O bildirib ki, Ukrayna müharibəsində vəziyyət getdikcə Rusiyanın ziyanına dəyişməkdədir:

“Rusiya strateji baxımdan bu müharibəni uduzub, artıq taktiki cəhətdən də ciddi zərbələrə məruz qalır. Ukraynanın ardıcıl olaraq Rusiyanın neft emalı zavodlarını vurması, yanacaqdoldurma məntəqələrini yerlə-yeksan etməsi, infrastruktura vurulan zərbələr, təyyarə və gəmilərin sıradan çıxarılmasının getdikcə intensiv xarakter aldığını nəzərə alsaq, Rusiya artıq sözün əsl mənasında uçurumun qarşısındadır. Lakin Putin üçün çıxış yolu yoxdur. 

O, müharibəni dayandırsa, rus xalqı onu Kremlin düz ortasında dar ağacından asacaq. Çünki 4 ilə yaxındır müharibə gedir, amma Rusiya xalqa vəd etdiyini həyata keçirə bilmir, Ukrayna bataqlığında boğulmaqdadır”.
Seçilən
0
2
yenilik.az

3Mənbələr