AZ

Həssas yanaşma... Mərdəkan qalasının yaxınlığındakı antisanitar vəziyyət aradan qaldırılıb Video

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən günlərdə Mərdəkan qəsri ətrafında olan antisanitar vəziyyətdən danışmışdıq. Qeyd etmişdik ki, qəsrə nəzarət yaxşı olsa da, ətrafına aidiyyatı qurumlar diqqət etmir.

Mərdəkan qəsri Azərbaycan tarixinin bir parçasıdır. Bura müxtəlif ölkələrdən turistlər gəlir, foto və video çəkir, öz ölkələrində Azərbaycan tarixini nümayiş etdirirlər. Qəsrin ərazisi təmiz idi, peşəkar bağban tərəfindən qulluq olunduğu hiss edilirdi. Amma qəsrin həyətindən çıxdıqdan sonra qapı arxasında qəsrə aid olmayan ərazidə məişət tullantıları qalaqlanmışdı. Yəni turistlər qəsrə daxil olmamışdan öncə bu antisanitar vəziyyəti gördükdən sonra qəsrə keçirdilər.

Ötən gün həmin ərazi polisin müşayəti ilə aidiyyatı qurumlar tərəfindən təmizlənib. Düzü, Azərbaycan polisinin bu işə bu qədər həssas yanaşmağı da qürurvericidir. Ərazi indi təmizdir.

Kaş ki, qəsrin təmiri və bərpasına məsul olan qurumlar da belə operativ olaydı…

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
icma.az

1Mənbələr