AZ

Riahnna ilə Eysapın toyu olub?

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur müğənni Rihanna ilə reper nişanlısı Eysap Rokinin (Rakim Mayers) evləndiyi iddia olunub.

Axşam.az xəbər verir ki, şayiələrin yaranmasına səbəb 36 yaşlı reperin "Elle"yə verdiyi müsahibə olub. Belə ki, jurnalist reperdən Rihanna ilə 5 illik münasibətin ardından toy edib-etməyəcəklərini soruşub.

Eysap isə suala "Hardan bilirsiniz ki, mən hələ evlənməmişəm?" deyə reaksiya verib. O, gülərək Rihanna ilə toy xəbərlərini təsdiqləməyəcəyini əlavə edib.

Qeyd edək ki, cütlüyün Rza və Riot adlı 2 oğlu var. Rihanna üçüncü övladına hamilədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
axsam.az

1Mənbələr