AZ

Müəllimlərin olduğu mikroavtobus qəzaya uğradı - Onlarla yaralı

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində baş verən yol qəzasında 20-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

News365.az-ın məlumatına görə, onlar Ulduz Babayeva, İmarət İsgəndərova, İlahə Əliyeva, Xədicə Baxşəliyeva, Məryəm Babayeva, Nailə Məmmədova, İlahə Tağıyeva, Türkan Məcidli, Əfsanə Kazımova, Səbinə Əliyeva, Nərmin Məhərrəmqızı, Bəhruz Bayramov, Emilya Vəliyeva, Pərviz Quliyev və daha bir neçə nəfərdir.

Gədəbəy və Şəmkir Rayon Mərkəzi xəstəxanalarında tibbi yardım göstərilən şəxslərdən bəziləri ambulator müalicə üçün evə buraxılıb.

***

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

News365.az-ın məlumatına görə, minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hazırda Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir. Mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.

Fakt araşdırılır.


Seçilən
2
1
news365.az

3Mənbələr