AZ

“Könüllülər Rusiya ordusunun bölmələrini tam heyətlə təmin etməyə imkan verir” - Peskov

Rusiya ordusunun könüllü surətdə doldurulması bütün bölmələrin qüsursuz formalaşdırılmasına imkan verir.

Herbiand.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə qismən səfərbərliyin ikinci dalğasının elan edilməməsi faktına münasibət bildirərkən deyib.

“Könüllülər resursu kifayət qədər yüksəkdir və bu, silahlı qüvvələrimizə bütün hərbi hissələri adekvat şəkildə komplektləşdirməyə imkan verir. Ona görə də bizdə bu proses təxirə salınıb”, - Peskov RBK-yə müsahibəsində qeyd edib.

Cəbhədəki vəziyyətdən danışan Kreml rəsmisi vurğulayıb ki, Rusiya hərbçiləri son dərəcə ehtiyatlı davranırlar: “İrəliyə getmək itkiləri minimuma endirmək və hücum potensialını saxlamaq məqsədi ilə aparılır. Bu, yaxşı və diqqətlə düşünülmüş addımlardır”.

Peskov həmçinin söyləyib ki, döyüşlər zamanı Ukrayna ordusu xeyli itkilər verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
32
herbiand.az

1Mənbələr