Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının müdafiəçisi Fidan Cəfərova gələcək karyerası ilə bağlı qərarını verib.
Operativ Media-nın məlumatına görə, Cəfərova Türkiyənin "Hakkarigücü" klubuna transfer olunub. Tərəflər bir illik müqavilə imzalayıblar.
Xatırladaq ki, futbolçunun sonuncu klubu Bakının "Neftçi"si olub.