AZ

İşğaldan azad edilmiş HANSI ərazilərdə məktəb tikilir?

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində təhsil infrastrukturunun bərpası istiqamətində mühüm addımlar atılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, hazırda Zəngilan, Kəlbəcər və Şuşa şəhərlərinin hərəsində bir ümumi təhsil müəssisəsinin tikintisi davam etdirilir.

Nazirlikdən bildirilib ki, bununla yanaşı, işğaldan azad edilmiş digər bölgələrdə də təhsil müəssisələrinin inşası və mövcud binaların təmir-bərpası üçün layihələndirmə prosesi həyata keçirilir.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr