AZ

Dünya bazarlarında kakao qiymətləri 40 faizdən çox ucuzlaşıb

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu il beynəlxalq bazarlarda kakaonun qiymətləri 40 faizdən çox ucuzlaşıb. Intercontinental Exchange əmtəə birjasında kakaonun bir tonunun qiyməti 2024-cü ilin sonundan bəri 7 min dollardan aşağı düşüb.

Qaynarinfo xəbər verir ki, buna səbəb, Qərbi Afrikada quraqlıqla bağlı narahatlıqların azalması və məhsuldarlığın artmasıdır. 

Kakao bu il əmtəə bazarında ən sərt dalğalanma yaşayan məhsullar arasında yer alıb.

ABŞ-da fəaliyyət göstərən əmtəə birjası Intercontinental Exchange-də kakaonun 1 tonunun qiyməti 2024-cü ilin sonundan bəri 40 faizdən çox azalaraq 7 min dollardan aşağı düşüb. 

Qərbi Afrikada yağıntıların quraqlıq şəraitini yüngülləşdirməsi və kakao ağaclarının çiçəklənməsinin artması ilə istehsalın da artacağı proqnozları qiymətləri təzyiq altında saxlayıb.

Yüksək kakao qiymətləri və rüsumların şokolada olan tələbi azalda biləcəyi narahatlığı da kakao qiymətlərini ucuzlaşdıran başqa bir amil olub.

Qərbi Afrikada kakao istehsalının daha da artacağına dair proqnozlar isə qiymətlərin enməsinə səbəb olur.

Analitiklər bildiriblər ki, kakaonun gələcək mövsümə dair istehsal proqnozları artıb və qısamüddətli qiymət artımları olsa belə, ümumi tendensiya ucuzlaşma yönümlüdür.

Qeyd edək ki, kakao-nun ötən il birjalarda qiyməti 12 min 931 dollara çataraq rekord yeniləmişdi. Qərbi Afrikadakı məhsullar üçün əlverişsiz hava şəraiti və qlobal ehtiyatlardakı azalma səbəbindən qiymətlərdə bu qədər çox artım müşahidə olunub.

Fil Dişi Sahili və Qanadakı zəif istehsal səbəbindən kakao qiymətlərində ilin ümumilikdə təkliflə bağlı narahatlıqlar rekordun qırılmasında mühüm rol oynayıb.

Fil Dişi Sahilində ixracatçıların keyfiyyətsizliyə görə kakao dənələrini qəbul etmədiyi bildirilirdi ki, bu da qlobal kakao təklifinə mənfi təsir göstərə bilərdi. Ölkədə kakao yığımında müşahidə olunan azalma da qiymətlərin artmasına səbəb olub.

Fil Dişi Sahili və Qanadakı böyük kakao fabriklərinin toxum xərclərini qarşılaya bilmədikləri üçün istehsalı azaltmaq və ya dayandırmaq qərarı almaları nəticəsində qiymətlər ötən il ardıcıl olaraq rekord yenilənib.

Təklifdəki problemlərin əsas səbəbi uzunmüddətli quraqlıq və güclü yağış kimi əlverişsiz hava şəraiti göstərilir, lakin bitkiyə düşən xəstəlik də məhsulun qiymət artımına təsirsiz ötüşməyib. Xüsusilə ağacların məhv olmasına səbəb olan CSSVD virusu istehsalda çətinlik yaradıb.

Günay 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr