AZ

“Maaşlar ödənilib, maliyyə ilə bağlı problem yoxdur”

"Karvan-Yevlax"da maliyyə ilə bağlı heç bir problem yoxdur".

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Komandanıni Premyer Liqanın VI turunda "Neftçi" ilə baş tutacaq oyuna hazırlıqlarının davam etdiyi vurğulanıb:

"Oyunçular gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər.

Hazırlıq prosesi "Karvan-Yevlax"ın məşq bazasında baş tutur. Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur.

Klub üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərlik tərəfindən tam şəkildə ödənilib.

Bununla yanaşı, "Qəbələ" ilə heç heçə və "Kəpəz" üzərində qazanılan qələbəyə görə rəhbərlik tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib.

Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır".

"Karvan-Yevlax" beş turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
9
sportinfo.az

1Mənbələr