AZ

Estoniya “Dron Divarı” layihəsinin effektivliyinə şübhə edir- ÖZƏL

Avropa İttifaqı "Dron Divarı" layihəsinə maliyyə vəsaitini prioritet olaraq ayırmalıdır, lakin layihə Avropa ölkələrini pilotsuz uçan aparatların (PUA) təhlükəsindən tam qorumağa bilməz. Olaylar.az xəbər verir ki,  bu fikri Estoniya müdafiə naziri Hanno Pevkur ABŞ-ın Associated Press agentliyinə verdiyi açıqlamada bildirib. "Dronlar komar kimi deyil", - deyə nazir layihənin praktikada effektiv olmasının çətin olacağını vurğulayıb. O əlavə edib ki, bu ideyanı reallaşdırmaq da asan məsələ olmayacaq. Estoniya Silahlı Qüvvələrinin komandanı Andrus Merilo isə qeyd edib ki, indiyə qədər dronları məhv etmək üçün ucuz alternativlər hazırlanmayıb. Hazırda yalnız "çox bahalı" sistemlər mövcuddur ki, onları ucuz PUA-lara qarşı iqtisadi baxımdan istifadə etmək sərfəli deyil.
"Dron Divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür. Layihə Rusiyanın sərhədi boyunca, o cümlədən Ukrayna ərazisində çoxsəviyyəli monitorinq və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. Hazırda layihə prototiplərin seçimi və hazırlanma mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr