AZ

Meloninin Şaraya baxışları gündəm oldu FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

BMT Baş Assambleyasının iclasında Meloni-Şara görüşməsi sosial mediada gündəm olub.

Milli.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci iclası ABŞ-ın Nyu-York şəhərində davam edir. Liderlər arasında aparılan ikitərəfli görüşlər diqqət mərkəzindədir. Bu çərçivədə Suriya Prezidenti Əhməd Şara İtaliya Baş Naziri Corcia Meloni ilə Nyu-Yorkdakı İtaliya Daimi Nümayəndəliyində görüşüb.

Suriya Prezident Administrasiyasının məlumatına görə görüşdə Suriya Xarici İşlər naziri Əsəd Şeybani və onun rəhbərlik etdiyi heyət də iştirak edib.

Görüş zamanı diqqət çəkən məqam isə Meloninin Şaraya olan baxışları olub. Sosial mediada yayılan həmin anlar qısa müddətdə geniş müzakirə olunub.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
7
news.milli.az

8Mənbələr