AZ

“TikTok”da əxlaqsızlığı təbliğ edən qadın 3 il müddətinə azadlıqdan məhrum edilib

TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib və təqsirləndirilən şəxsin 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.

İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Seçilən
13
19
anews.az

10Mənbələr