AZ

G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanı sərt tənqid edib

G7 ölkələrinin xarici işlər nazirləri: Rusiya beynəlxalq təhlükəsizliyə təhdid yaradır...

Poliqon xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Rusiyanın son hərəkətlərini qətiyyətlə pisləyiblər. Birgə bəyanatda bildirilir ki, Moskvanın Estoniya, Polşa və Rumıniyanın hava məkanını pozması qəbuledilməzdir və bu, beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır.

Bəyanat Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən dəstəklənib. Nazirler həmçinin Ukraynanın güclü, müstəqil, suveren və firavan dövlət kimi qalacağına dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Toplantı zamanı tərəflər ABŞ-la koordinasiyalı şəkildə Ukraynaya etibarlı və inandırıcı təhlükəsizlik zəmanətləri verilməsi məsələsini də müzakirə ediblər. Bundan əlavə, Rusiya ilə iqtisadi münasibətlərə dair əlavə sanksiyaların gündəmdə olduğu açıqlanıb. Bu çərçivədə Kremlin siyasətinə yardım edən üçüncü ölkələrə qarşı da tədbirlərin görülə biləcəyi vurğulanıb.

Nazirlər bəyan ediblər ki, “G7 maliyyə nazirləri arasında Rusiya suveren aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadəsi ilə bağlı müzakirələrin davam etməsi” məmnuniyyətlə qarşılanır.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr