AZ

Suraxanıda rabitə xətlərinin üzərindəki qanunsuz tikiliyə kim icazə verib? - FOTO

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 114 saylı tam orta məktəbin yaxınlığında qanunsuz tikintiyə başlanıldığı bildirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abuşova sosial şəbəkədə görüntülər paylaşıb.

 

Obyekt ərazidən keçən rabitə xətlərinin üzərində tikilir, tikinti ilə bağlı müvafiq sənədə möhür vurulmayıb.

 

Pravda.az məsələni araşdırmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, qurumdan heç bir mövqe bildirilməyib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə suallarımıza cavabı belə olub: “Yerli səviyyədə ilk reaksiyanı icra hakimiyyəti verir. RİH yerində sənədləri yoxlayır və qanunsuz olduğu təqdirdə tikintini dayandırır. Komitə əməkdaşları da şikayət əsasında, yaxud səyyar qaydada qanunsuz tikili aşkarladıqda icra və digər aidiyyəti qurumlara tədbir görülməsi üçün müraciət edir”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Sentyabr 2025, 13:55   
Seçilən
17
3
pravda.az

4Mənbələr