AZ

"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək?

"Neftçi" "Beşiktaş" və "Porto" klublarının sabiq hücumçusu Vinsent Abubakarı transfer etməyə yaxındır.

Publika.az-ın məlumatına görə, Türkiyə və yerli KİV-lərdə "ağ-qaralar"ın onunla danışıqlar aparması barədə yaydığı məlumat doğrudur

Yeni mövsümdə hücum xəttində ciddi problemlər yaşayan Bakı klubu baş məşqçi Samir Abasovun tələbi əsasında yüksək səviyyəli hücumçu axtarışına çıxıb. Bu zaman menecerlər tərəfindən "Neftçi"yə Abubakar təklif olunub. Abasov bu varianta isti yanaşıb, lakin klub transferi reallaşdırmağa tələsmir.

Buna səbəb azad agent olan futbolçunun 33 yaşında olması və maliyyə tələbləridir. Eyni zamanda, onun uzun müddət klubsuz qalmasıdır. "Ağ-qaralar" ona cari mövsümün sonuna qədər elə də yüksək olmayan məvaciblə müqavilə təklif edir. Yaxşı çıxış edəcəyi halda ona yeni sözləşmə vəd olunub. Abubakar isə daha uzun müddətli və yüksək maaşlı müqavilə tələb edir. Lakin "Neftçi" onun istəkləri ilə razı deyil.

Bakı klubunun əlini güclü edən məqam hazırda Abubakara sadəcə Türkiyənin və Səudiyyə Ərəbistanının birinci liqa klublarının maraq göstərməsidir. Abubakar elita klubunda çıxış etmək istəyir. Ona görə də "Neftçi" variantı real görünür. Bunun üçün isə ortaq məxrəcə gəlinməlidir.

Seçilən
37
13
publika.az

10Mənbələr