AZ

Polşa Belarusla sərhədi açır

Polşanın baş naziri Donald Tusk Belarusla sərhədin çərşənbə günündən cümə axşamına keçən gecə açılacağını açıqlayıb. Bu barədə Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Polşa hökuməti Belarus və Rusiya silahlı qüvvələrinin “Qərb 2025” adlı genişmiqyaslı hərbi təlimlərinə cavab olaraq sentyabrın 12-də Belarusla bütün sərhəd keçid məntəqələrini bağlamışdı.

Təlimlər Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına misli görünməmiş şəkildə daxil olmasının ardınca keçirilib və bu, Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin digər ölkələrə yayıla biləcəyi ilə bağlı narahatlıqlar fonunda NATO müttəfiqləri arasında təşvişə səbəb olub.

Polşanın baş naziri, həmçinin daxili işlər nazirinin Belarusla avtomobil və dəmir yolu keçidlərinin yenidən açılmasına dair nizamnamə çıxaracağını açıqlayıb.

Almaz Həsənli

Seçilən
6
oxumeni.az

1Mənbələr