AZ

Stallone süni intellekt vasitəsilə Rembo olmaq istəyir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Hollivud ulduzu Silvester Stallone yeni çəkiləcək "Rembo" filmi üçün özünü süni intellekt vasitəsilə cavanlaşdırmağı təklif edib. Reyting.az xəbər verir ki, "İlk qan" filminin (1982) üzərindən qırx il keçəndən sonra aktyor S. Stallone onu məşhurlaşdıran "Rembo" obrazından ayrılmaq istəmir. Kino ulduzu deyib ki, studiyaya süni intellekt vasitəsilə 18 yaşlı Rembo görkəmi ilə oynamağı təklif edib.Hazırda "Millennium Media" şirkəti "Con Rembo" prikveli üzərində işləyir, rejissor kimi Yalmari Helander, ssenari müəlliflər kimi isə Rori Heyns və Sohrab Noshirvani göstərilir. Rolu canlandırmaq üçün Noah Centineo ilə danışıqlar aparılır.Stallone rəsmi olaraq layihəyə qoşulmasa da, mövzudan xəbərdardır. O, həmçinin bu rolu kimin oynayacağının çətinliklərini də vurğulayıb.Hələlik filmin süjeti gizli saxlanılır, yalnız ABŞ-Vyetnam müharibəsi dövründə Con Rembonun başlanğıc hekayəsinin ətraflı araşdırılacağı məlumdur. Yeni lentə alınacaq "Con Rembo" filminin çəkilişlərinin təxminən 2026-cı ilin əvvəli Taylandda başlanacağı, eyni zamanda bu layihədə iştirak edəcək "Lionsgate" şirkətinin ən uyğun kino-studiya olduğu bildirilib.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
reyting.az

2Mənbələr