GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya təyyarələrini vurmaqla bağlı çıxışına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
O bildirib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən təsirlənib.
“Görünür o, görüşün təsiri altında bu fikirləri deyib. Bizim də öz mövqeyimizi ABŞ- a çatdırmaq imkanımız olacaq “, – Peskov bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Avropaya açıq çağırış edib.
“Rusiya təyyarələri sərhədinizə girsə, onları vurun”, – deyə o vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.