AZ

Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarına hakim təyinatları açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın Fransa ilə matçını norveçli Marius Hansen Qrotta idarə edəcək.
 
İsrail - Azərbaycan görüşündə də eyni ədalət təmsilçisi söz sahibi olacaq. Azərbaycan - Rumıniya qarşılaşmasına isə Mateo Erceq təyinat alıb.
 
8 oktyabr
 
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
 
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
 
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
 
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
 
"Bourret" stadionu, Kapbreton.
 
11 oktyabr
 
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
 
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
 
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
 
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
 
"Park de Sport" stadionu, Sen-Pol-le-Daks.
 
14 oktyabr
 
17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
 
Baş hakim: Mateo Erceq (Xorvatiya)
 
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
 
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
 
"Bourret" stadionu, Kapbreton.
 
Qeyd edək ki, 9-cu qrupun görüşləri Fransada keçiriləcək.
Seçilən
27
15
moderator.az

10Mənbələr