AZ

Azərbaycan və Serbiya arasında son 5 ildə iqtisadi münasibətlər 560 milyon dollara çatıb

Azərbaycan və Serbiya arasında  son 5 ildə iqtisadi münasibətlər 20 milyon dollardan 560 milyon dollara çatıb. Bunu Milli məclisin spikeri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə deyib.

"iki ölkə arasında parlamentlərarası münasibətlər çox yüksək səviyyədədir.Nümayəndələrimiz  daim əlaqədədir”,- Qafarova bildirib.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin sözlərinə görə, iqtisadi əməkdaşlıq real potensialdan çox-çox aşağıdır. Hər iki ölkə bu əlaqələrin genişlənməsində çox maraqlıdır.

"Təhsil sahəsində də ilk dəfə olaraq Azərbaycandan gələn tələbələr bizim təaqüdlərimizlə Serbiyada təhsil alırlar. Eyni şəkildə də Serbiyadan Azərbaycana gələn tələbələr də Azərbaycan təqaüdü ilə təhsil alırlar”, o bildirib.

Aytac 

Seçilən
43
anews.az

1Mənbələr