AZ

Bakı ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

29 sentyabr – 3 oktyabr tarixlərində Bakı ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə (Baku Climate Action Week 2025) ev sahibliyi edəcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, bu beynəlxalq tədbir London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur və iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığı gücləndirməyi, yeni tərəfdaşlıqlar yaratmağı və qlobal öhdəliklərin icrasını dəstəkləməyi hədəfləyir.

Tədbir çərçivəsində:

- Enerji, maliyyə, iqlimə uyğunlaşma, kiçik və orta biznes (KOB) və ədalətli keçid mövzularında yüksək səviyyəli siyasət dialoqları keçiriləcək;

- Sənaye, innovasiya liderləri və yaşıl sahibkarlarla sektoral dəyirmi masalar təşkil olunacaq;

- Gənclərin rəhbərliyi ilə iqlim idarəçiliyinə və fəaliyyətinə yeni baxışlar təqdim ediləcək;

- KOB və Dayanıqlı Moda sahələrini əhatə edən qlobal və regional iqlim öhdəliklərinin icrasını dəstəkləyən yeni tərəfdaşlıqlar elan ediləcək.

Tədbirdə yerli və beynəlxalq ekspertlər, siyasətçilər, sahibkarlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək dayanıqlı gələcək naminə müzakirələr aparacaqlar.

Ətraflı məlumatla bakuclimateactionweek.org səhifəsindən tanış olmaq olar.

Seçilən
75
vergiler.az

1Mənbələr