AZ

Niyə pişiklər əşyaları yerə atır?

ain.az, Lent az saytına istinadən bildirir.

Əgər stolunuzda və ya rəfinizdə hansısa əşya varsa, pişiyiniz onu mütləq yerə atır. Pişiklər stolun üstündə qoyulmuş xırda qabları tez-tez aşırırlar.

Lent.az xarici mediaya istinadla pişiklərin bu hərəkətinin nədən irəli gəlməsi barədə məlumat verir:

Evdə pişik saxlayan hər kəs bu vəziyyəti tanıyır: pişik əvvəlcə sizə diqqətlə baxır, sonra isə fincanı və ya telefonunuzu yavaşca stolun kənarından itələyir və yerə düşdükdən sonra sizin reaksiyanızı izləyir. Bunun səbəbi heç də “pis davranış” deyil.

Böyük Britaniyanın Sasseks Universitetində aparılmış araşdırma göstərib ki, pişiklər əşyalarla aktiv qarşılıqlı əlaqədə olurlar, çünki bu yolla dünyanı öyrənirlər. Alimlərin fikrincə, “pişik dəcəlliyinin” bir neçə əsas səbəbi var:

Ov instinkti. Ev pişikləri belə, ürəklərində ovçudur. Beyinləri hərəkətə anında reaksiya verir və “tut!” siqnalını göndərir. Pişik qələm, açarlıq və ya qapaq görəndə onu pəncəsi ilə itələyir – birdən-birə bu “ov” ola bilər.

Darıxma. Əgər pişiyin kifayət qədər fiziki və zehni fəaliyyəti yoxdursa, o, özü əyləncə axtarır və bu, sahibini çox da sevindirmir. Pişiklər bəzən əşyaları sadəcə onların necə düşdüyünü görmək üçün yerə atır və ya maraqlı bir şey tapmaq ümidi ilə dolab və rəfləri araşdırır. Diqqət cəlb etmək istəyi. Pişiklər tez başa düşürlər ki, müəyyən hərəkətlər sizin reaksiyanızı doğurur. Hətta siz qışqırsanız və ya danlasanız belə bu, pişik üçün istədiyi diqqətdir. Buna görə də o, “pis” davranışı yenidən təkrar edir.

Təbii maraq. Pişiklər təbiətən kiçik tədqiqatçılardır. Onlar əşyaları itələyərək onların necə davrandığını öyrənirlər: düşürmü, hansı səsi çıxarır, nə qədər ağırdır. Bu, bir növ “cazibə ilə oyun”dur və xüsusilə gənc pişiklərdə müşahidə olunur. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün tədqiqatçılar kövrək əşyaları təhlükəsiz yerdə saxlamağı və pişiyə “eksperimentlər” üçün xüsusi oyuncaqlar verməyi məsləhət görürlər.

Bundan əlavə, mütəxəssislər pişiyi yerə atılmış əşyalar üçün cəzalandırmağı məsləhət görmürlər. Cəza əvəzinə pişiyin davranışını daha təhlükəsiz şəkildə dəyişməyə çalışın ona daha çox oyun, sevgi və araşdırma imkanları verin. Beləcə, həm əşyalarınızı qorumuş olarsınız, həm də sevimlinizin həyatını daha maraqlı və xoşbəxt edərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
lent.az

1Mənbələr