AZ

DİM də ictimaiyyət üçün açıq görüşlər keçiriləcək

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) bu aydan başlayaraq şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir. Belə ki, DİM-də ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunacaq.

DİM-in məlumatında bildirilir ki, ilk görüş 30 sentyabr saat 15:00-da elektron imtahanlar korpusunda olacaq və mövzu “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr ediləcək. Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat zamanı müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

İştirak etmək istəyənlər 23–28 sentyabr tarixlərində https://portal.dim.gov.az/gorush2025/ qeydiyyat linki ilə keçid edərək anket formasını doldurmalıdırlar. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 130 nəfərin (50 məktəbli, 50 valideyn və 30 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə tədbirdə iştirak etmək istəyən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Ü.Qarayev

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
11
xalqqazeti.az

10Mənbələr