AZ

“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

“Bu məsələyə insan haqlarının pozulması kontekstində baxılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. 

Deputatın sözlərinə görə, məsələni ilk növbədə bu sahə ilə məşğul olan QHT-lər gündəmə gətirməlidir:

“Biz də millət vəkili olaraq dəstəyə hazırıq. Onlara qarşı bu diskriminasiyaya öz açıq münasibətimizi bildirməyi mənəvi borcumuz hesab edirik”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Sözügedən iddialar ictimaiyyətin kəskin tənqidi ilə qarşılanıb.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
7
3
demokrat.az

4Mənbələr