AZ

Psixoloqdan xəbərdarlıq: Mübahisələrdən qaçmaq sizi tək qoya bilər

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bəzən özümüzü ünsiyyətin qaçılmaz bir hissəsi olan mübahisələrin ortasında görürük və bu xoşagəlməz vəziyyətdən uzaqlaşmaq üçün düşüncələrimizi özümüzdə saxlayırıq. Bəs mübahisə edirik, sonra nə olacaq? Sherg.az Türkiyəli klinik psixoloq, psixoterapevt Dr. Yasemin Meriç Kazdal yazısınıtəqdimedir.

Gündəlik həyatımızda dostlarımızla, ailəmizlə, iş yoldaşlarımızla və ətrafımızdakı insanlarla daim ünsiyyətdəyik. Zaman-zaman isə bu ünsiyyətin qaçılmaz bir hissəsi olan mübahisələrin içində oluruq və bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün fikirlərimizi özümüzdə saxlayırıq.

Bu vəziyyətin əsas səbəblərindən biri də “mübahisə” anlayışına qarşı ümumiyyətlə mənfi bir yanaşma meyli olmasıdır. Bəs, düzgün idarə edildikdə mübahisələrin ünsiyyətimizi gücləndirən bir faktor ola biləcəyini heç düşünmüsünüzmü?

Mübahisə ünsiyyətin ən təbii mərhələlərindən biridir

Hansının istifadə olunduğu isə bizim münasibət dinamikalarımız barədə ipucları verə bilər. Münasibətləriniz mübahisələrdən sonra bitir, yoxsa qarşınızdakı insanla daha da yaxınlaşmağınıza səbəb olur? Bu suala iki fərqli mübahisə modelindən baxa bilərik: Qurucu və dağıdıcı mübahisə modelləri.

Qurucu mübahisə  iki tərəfin bir-birini hörmətlə, fəal şəkildə dinlədiyi, sakit yanaşma ilə ünsiyyətin qurulduğu və ortaq məqsədin bir həll tapmaq olduğu mübahisə formasıdır. Bu ünsiyyətdə çox vaxt mübahisənin əsas vəzifəsi: fərdlərin öz duyğu və düşüncələrini ifadə etməsi, qarşı tərəf tərəfindən anlaşılması və ya anlaşılmağa çalışılması ilə iki tərəfin ortaq bir nöqtədə birləşməsini təmin etməkdir. Fərd duyğu və düşüncələrini paylaşdıqdan sonra qarşısındakinin deyilənləri tam qəbul etməyə borclu olmadığının fərqində olur, bununla da reaksiyalı yanaşmadan uzaq, emosiyaların tənzimləndiyi, şəxsi və münasibətlərin inkişafına açıq bir ünsiyyət forması qurulmuş olur.

Dağıdıcı mübahisə isə daha bədbin bir baxış bucağından yanaşaraq, adətən qəzəb, qarşı tərəfi günahlandırmaq və keçmiş səhvləri üzə vurmaq kimi neqativ davranışları əhatə edir. Dolayısı ilə çox vaxt qurucu mübahisənin əksinə, məqsəd: anlaşmaq deyil, haqlı çıxmaq olur. Bu isə çətin, anlayışdan uzaq bir ünsiyyətə səbəb ola və münasibətlərdə qopmalara gətirib çıxara bilər.

Əvvəlki sualımıza qayıtsaq: ünsiyyət tərzimizi daha qurucu bir nöqtəyə yönəldə və qarşı tərəflə mübahisə etsək belə münasibətimizi gücləndirəcək şəkildə uzlaşa bilərikmi?

Mübahisədən qaçmaq əvəzinə onu qarşıdakı şəxsin ehtiyaclarını anlayıb uzlaşmaya varmaq vasitəsi kimi görsək, qorxulanın əksinə, mövcud bağlarımız daha da möhkəmlənə bilər: edilən empatiya sayəsində mövcud ünsiyyət formamız inkişaf edib dəyişmə imkanı qazana bilər.

Bu istiqamətdə addım atmaqda çətinlik çəkmək də tamamilə təbiidir. Buna görə də prosesə bir mütəxəssis müşayiəti ilə başlamaq həm yaxın münasibətlərimiz, həm də gündəlik həyatda digər əlaqələrimiz üçün dəstəkləyici ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
sherg.az

2Mənbələr