AZ

“Kursk istiqamətindəki əməliyyatların dəyəri çox yüksək olub” - Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində keçirdiyi əməliyyatların dəyəri çox yüksək olub. Bu cür əməliyyat məhdud məqsədlərə malik olduqda və insan itkiləri ilə əsaslandırılarsa həyata keçirilə bilər.

Herbiand.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı deyib.

“Lakin təcrübə göstərdi ki, son nəticədə cəbhənin dar hissəsində təcrid olunmuş taktiki irəliləyiş hücum edən tərəfə lazımi uğur gətirmir... Mən belə hərəkətlərin qiymətini bilmirəm, amma bu, açıq-aydın çox baha idi”, - Ukrayna səfiri “Zerkalo nedeli” nəşrinin saytında dərc olunan müəllif məqaləsində yazıb.

Zalujnı həmçinin, rus qoşunlarının texnoloji və taktiki üstünlüklərindən istifadə edə bildiyini də vurğulayıb. Nəticədə Rusiya Silahlı Qüvvələri nəinki Ukrayna ordusunun taktiki irəliləyişini dayandırdı, həm də sonradan öz taktiki irəliləyişini həyata keçirdi.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2024-cü il avqustun 6-da Kursk vilayətində hücuma keçərək Rusiya ərazisinə daxil olub. Rusiya ordusu yalnız 2025-ci il aprelin 26-da vilayəti tamamilə Ukrayna ordusundan azad edə bilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr