«Qarabağ»ı Çempionlar Liqasında uzun yol gözləyir hələ.
Qarşıda yeddi oyun gözləyir onları.
Bu, hələ minimum məsafədir. Əsas mərhələni ilk «24-lük»də başa vursalar, təsnifat raundunda da mübarizə aparacaqlar.
Burada da ən azı daha iki oyun var. Əlqərəz, iştah diş altındadır və hər şey bəxtdən, qarşılalarına çıxacaq rəqibdən, özlərinin həmin dövrdə hansı vəziyyətdə olmalarından asılıdır.
Qurban Qurbanov oranı fikirləşir. Onun bütün qayğıları və fikirləri Çempionlar Liqası ilə bağlıdır.
Premyer Liqa hələ onun planlarında öncəlik daşımır. «Araz-Naxçıvan»la qarşılaşmanın 5:0 bitməsindən daha çox, hansı futbolçunun forma yığması, istədiyi səviyyəyə çatmasıdır Qurbanovu maraqlandıran.
O istəyir ki,son həftələrdə əsas heyətdə yer verdiyi yerlilər və legionerlər özlərini əvəzolunmaz saymasın, arxalarında Toral Bayramovun, Musa Qurbanlının, Emmanuel Addai, Kris Kuaku və digərlərinin nəfəsini hiss etsin.
Qurbanov üçün xoşbəxtlikdən Toral, Musa və Kuaku adını tabloya qolla yazdırdı.
«Benfika»ya həlledici qolu vuran Aleksey Kaşukun da ilk «11-liy»ə dönmək həvəsinin artması baş məşqçini sevindirməyə bilməz.
Mövqelər üzrə rəqabətin yaranması və güclənməsi Qurbanovun bir nömrəli istəyidir.
Алтернатив база щяр заман лазымдыр. Бир-ики апарыъы фигурант сырадан чыханда «мян ня едяъям» дярди чякмямяк мянасында.
MUSA