AZ

Mansur Piriyev yeni vəzifəyə təyin edildi - Yerinə İlkin Kərimov gəldi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) kadr dəyişiklikləri olub.

News24.az xəbər verir ki, bu barədə sədr Qoşqar Təhməzli əmr imzalayıb.

Belə ki, qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.


Seçilən
25
28
news24.az

10Mənbələr