AZ

Qanunsuz tikiliyə kim icazə verib? FOTO KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 114 saylı tam orta məktəbin yaxınlığında qanunsuz tikintiyə başlanıldığı bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abuşova sosial şəbəkədə görüntülər paylaşıb.

Obyekt ərazidən keçən rabitə xətlərinin üzərində tikilir, tikinti ilə bağlı müvafiq sənədə möhür vurulmayıb.

Pravda.az məsələni araşdırmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, qurumdan heç bir mövqe bildirilməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə suallarımıza cavabı belə olub: “Yerli səviyyədə ilk reaksiyanı icra hakimiyyəti verir. RİH yerində sənədləri yoxlayır və qanunsuz olduğu təqdirdə tikintini dayandırır. Komitə əməkdaşları da şikayət əsasında, yaxud səyyar qaydada qanunsuz tikili aşkarladıqda icra və digər aidiyyəti qurumlara tədbir görülməsi üçün müraciət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
konkret.az

4Mənbələr