AZ

AYNA dan Ombudsmanın taksi etirazına CAVAB

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Məlum olduğu kimi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təminatı baxımından monitorinqi aparılıb. 

Ombudsman Aparatının məlumatına görə, yeni tətbiq edilən tarif siyasəti qanunvericiliyin bir sıra müddəalarına ziddir. Bir sözlə, Ombudsman Aparatı bildirir ki, taksilərin hava limanında fəaliyyəti ilə bağlı tətbiq olunan qadağalar qanunauyğun deyil, bazardakı rəqabəti pozur və süni qiymət artımına səbəb olur. 

Ombudsman Aparatı monitorinqin nəticələrini bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarına təqdim edib: 

“Bu məsələ ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması səlahiyyətində olan qurumlar həmin hesabatla tanış olacaqlar və artıq sənəd onlara da göndərilib”.

Beləliklə, məsələyə yenidən baxıla bilərmi, yəni qərarın geri oxunması ehtimalı varmı?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr