Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskin mərkəzinə hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə istinadən bildirib.
"Pilotsuz uçuş aparatları vasitəsilə şəhərin mərkəzinə zərbə endirilib. Şəhərin mərkəzi hissəsinə, "Novorossiysk" mehmanxanası ərazisinə hücum edilib", - o qeyd edib.
Pilotsuz uçuş aparatının qalıqları beş evin və "Novorossiysk" mehmanxanasının fasadını zədələyib.