AZ

Diaspor rəhbərinin həbs müddəti uzadılıb

Diaspor

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Reyting.az
xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinski barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.

O, qətlə cəhddə və dövlət məmuruna qarşı zorakılıqda iştirakda ittiham olunur.

Şahin Şıxlinskinin vəkili bir müddət əvvəl yerli KİV-ə bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.(APA)
Seçilən
26
11
reyting.az

10Mənbələr