AZ

Mərkəzi Asiya və Qafqaz ali təhsil və tədqiqatların qlobal mərkəzinə çevrilməkdədir

Bakı. Trend:

Mərkəzi Asiya və Qafqaz ali təhsil və tədqiqatların qlobalmərkəzinə çevrilməkdədir.

Trend xəbər verirki, bunu “Times Higher Education”ın beynəlxalq məsələlər üzrə başdirektoru Fil Beti Bakıda keçirilən Avrasiya UniversitetləriSammiti çərçivəsində deyib.

O qeyd edib ki, coğrafi baxımdan bu region dünyanın mərkəzindəyerləşir və Şərq ilə Qərb, Asiya ilə Avropa arasında körpü rolunuoynayır.

F. Beti Mərkəzi Asiya və Qafqazda ali təhsilin sürətlə inkişafetdiyini vurğulayaraq, regionun qlobal tədqiqatlar və innovasiyalarüçün mühüm mərkəzə çevrildiyini bildirib.

Təşkilat nümayəndəsi tələbə sayının artımını, universitetfiliallarının yaradılmasını və regional ali təhsil müəssisələrininqlobal reytinqlərdə təmsilçiliyinin yüksəlməsini qeyd edib.

“Bununla yanaşı, Azərbaycan beynəlxalq reytinqlərə daxil olmuşuniversitetlərin sayı və yüksək keyfiyyət standartları baxımındanliderdir”, - deyə o bildirib.

Məqalədə:
Seçilən
97
az.trend.az

1Mənbələr