AZ

AQTA-da kadr dəyişiklikləri aparılıb – üç yeni təyinat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) rəhbər heyətdə struktur dəyişiklikləri həyata keçirilib. Bu barədə agentliyin sədri Qoşqar Təhməzli tərəfindən müvafiq əmrlər imzalanıb.

Təyinatlara əsasən Mansur Piriyev, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsindən azad edilərək, Şərqi Zəngəzur regional bölməsinin rəisi təyin edilib.

İnformasiya təminatı və innovativ həllər şöbəsinin yeni müdiri vəzifəsinə həmin şöbənin müdir müavini İlkin Kərimov təyin olunub.

Şöbənin müdir müavini və İctimaiyyətlə əlaqələr sektorunun müdiri postuna isə Hüsniyyə Həsənova gətirilib.

Həsənova media və kommunikasiya sahəsində uzun illik təcrübəyə malikdir. O, 2021–2025-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nda PR və korporativ sosial məsuliyyət (KSM) layihələrinin icrasına cavabdeh olub.

Seçilən
12
29
anews.az

10Mənbələr