“Neftçi”də ilk 9 turda müntəzəm olaraq oynayırdım, startdan sona qədər. Amma sonra məşqçi heyəti dəyişdi və bununla birlikdə mənə qarşı münasibət də dəyişdi.
KONKRET.az xəbər verir ki, bunu Azerisport.com saytına müsahibəsində “Qarabağ”ın yeni hücumçusu Ramil Şeydayev deyib.
Hücumçu “Neftçi” ilə müqaviləsinə xitam verilməsində problem yaşamadığını bildirib:
“Klub öz şərtlərini dedi, mən də öz şərtlərimi. Və ortaq məxrəcə gəldik. Heç bir inciklik yoxdur. Mən elə insan deyiləm ki, kimə qarşısa kin saxlayım. Amma bəzi insanlara qarşı hörmətimi itirmişəm, onlarla salamlaşmayacam da. Vəssalam. Məncə, bunu özləri də anlayırlar”.