AZ

Gündəlik etdiyimiz bu vərdişlər onurğa sütununa zərər verir

Oturaq həyat tərzi və digər gündəlik vərdişlər onurğa sütununa zərər verir.

E-saglam.az xəbər verir ki, Ortoped Diogo Noronha bəzi gündəlik vərdişlərin onurğa sütununa ciddi zərər verə biləcəyini bildirib.

Onun sözlərinə görə, oturaq həyat tərzi onurğanın vəziyyətini pisləşdirir, çünki sağlam bel üçün güclü əzələlər vacibdir. Həkim ikinci zərərli vərdiş kimi isə gadget-lardan müntəzəm istifadəni göstərib. Bu, yanlış duruşa səbəb olur və nəticədə onurğa sütununa əlavə yük düşür.

Əlaqəli materiallar:

Kompulsiv həddindən artıq yemək: simptomları və müalicəsi, nəticələri (27 avqust 2022)

Musk və Kardashian-ın pəhrizsiz və məşqsiz arıqlama üsulu: həkimlər niyə təhlükəli hesab edirlər? (21 oktyabr 2022)

Qidaların qlisemik indeksi: nədir və niyə arıqlamaq istəyənlər üçün faydasızdır? (12 dekabr 2023)

Noronha əlavə edib ki, səhv yuxu pozaları, xüsusilə bel nahiyəsini yükləyən vəziyyətdə yatmaq da bel sağlamlığına mənfi təsir göstərir. Həkimin sözlərinə görə, düzgün qidalanmama və artıq çəki də onurğa sütununa əlavə yük yaradır.

Bundan başqa, idmanla məşğul olan bir çox insan ağırlıq qaldırarkən səhv yanaşma göstərir ki, bu da bel ağrılarına səbəb ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr