AZ

Trampın sözləri tibb dünyasını silkələdi: cavab gecikmədi

ABŞ Prezidenti Donald Trampın hamiləlik zamanı asetaminofen (parasetamol və ya Tylenol kimi də tanınır) istifadəsinin uşaqlarda autizm riskini artırdığını deməsi dünyada yeni səs-küy yaradıb.

Olaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daxil olmaqla bir çox tibb müəssisəsi Trampın iddialarını rədd edib.

Avropa Dərman Agentliyi (EMA) Ağ Ev rəhbərinin bəyanatlarına cavab olaraq 2019-cu ildə aparılan genişmiqyaslı qiymətləndirməyə istinad edib.

Agentlik, hamiləlik dövründə parasetamolun istifadəsinin uşaqlarda neyroinkişaf pozğunluqları riskini artırdığına dair etibarlı sübut olmadığını bildirib:

"Parasetamol zəruri hallarda hamiləlik dövründə istifadə edilə bilər. Ancaq bu, ən aşağı təsirli dozada və mümkün qədər nadir hallarda olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
1
olaylar.az

2Mənbələr