AZ

Putinə qarşı çıxırdı, fikrini dəyişdi Məşhur Bakı ermənisindən Qarabağ çağırışı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyalı şahmatçı, beynəlxalq dərəcəli qromeyster Harri Kasparov məşhur jurnalist Dmitri Qordonun sualını cavablandırarkən Qarabağ, Cənubi Qafqaz və Rusiya faktoru haqqında danışıb. Lakin onun çıxışında ən çox diqqət çəkən məqam, hələ də erməni şovinizmindən qurtula bilməməsidir. Kasparov Qarabağı erməni torpağı hesab etdiyini gizlətmir və rəsmi Bakının bölgəyə muxtariyyat verməli olduğunu iddia edir. Hətta Qarabağda erməni kəndlərinin olduğunu vurğulayır, 1915-ci ildə ermənilərə qarşı “soyqırımı”nın baş verdiyini bildirir.

Atası yəhudi, anası erməni olan Kasparov, münaqişənin ilk günlərindən etibarən işğalçı yanaşmadan və şovinist düşüncədən geri çəkilməyib. Əksinə, Qarabağın Ermənistanın tərkibində olması fikrini müdafiə edib.

Tanınmış ictimai-siyasi fiqurların və erməni əsilli şəxslərin bu kimi açıqlamaları sülh prosesinə mənfi təsir göstərə bilərmi? Kasparova necə cavab verilməlidir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Kasparovun mövqeyində hər hansı dəyişiklik müşahidə olunmur:

“Onun əvvəlki təşəbbüslərindən fərqlənən bir düşüncə tərzi və ya Azərbaycana münasibətdə xüsusi bir yenilik sezilmir. Əksinə, Kasparov bu gün çatdığı səviyyəyə görə ölkəmizə minnətdar olmalıdır. Çünki məhz Azərbaycan onun yetişməsində, beynəlxalq arenaya çıxmasında və tanınmasında mühüm rol oynayıb.

Kasparov əvvəllər müəyyən qədər neytral görünməyə çalışsa da, sonradan açıq şəkildə Ermənistanın mövqeyinə yaxın siyasəti dəstəklədiyini nümayiş etdirdi və bu gün də eyni yanaşmanı sərgiləyir. Lakin onun fikirlərinin Cənubi Qafqazdakı proseslərə heç bir təsiri yoxdur və ola da bilməz. Bir vaxtlar Rusiyada “liberal müxalifətin” simalarından biri kimi Prezident Vladimir Putinə qarşı mübarizə apardığı iddia edilsə də, bu, uğursuzluqla nəticələndi. Çünki o, prinsipial mövqedən deyil, qeyri-ənənəvi üsullarla daha çox şəxsi maraqlardan çıxış edirdi”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Kasparovun nüfuzunun ən yüksək dövrü çoxdan arxada qalıb artıq 30-40 il öncəki şöhrətindən əsər-əlamət yoxdur:

“İndi nə baş verən proseslərə, nə də beynəlxalq münasibətlərə ciddi təsir göstərə biləcək gücdədir. O, sadəcə revanşist düşüncələr səsləndirən, ermənipərəst açıqlamalar verən şəxslərdən biridir.

Ona görə də açıqlamalarına xüsusi diqqət yetirmək lazım deyil. Azərbaycanın əsas məqsədi öz yolundan dönməmək, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olmaq, Cənubi Qafqazda əməkdaşlıq mühitini formalaşdırmaq və eyni zamanda, milli maraqlarını, dövlətin müstəqilliyini və suverenliyini qorumaqdır”.

Qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr