AZ

Tramp İlon Maskın qovduğu işçiləri geri qaytarır Oktyabrın 6 dək vaxt verilib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ-də milyarder İlon Maskın kütləvi ixtisar dönəmində işini itirmiş yüzlərlə federal işçiyə işinə dönmək təklif olunur. 

“AzPolitika” bildiri ki, bu barədə "The Associated Press" agentliyi (AP) xəbər yayıb.

Agentliyin əldə etdiyi daxili sənəddə Ümumi Xidmətlər Administrasiyası (GSA) işçilərə həftənin sonunadək möhlət verib ki, işə bərpanı ya qəbul, ya rədd etsinlər. Qəbul edənlər oktyabrın 6-da işə başlamaq üçün müraciət etməlidirlər. Bu müddət ərzində onlar yeddi aylıq ödənişli məzuniyyətdə olublar.

GSA 1940-cı illərdə minlərlə federal iş yerinin alınması və idarə olunmasını mərkəzləşdirmək üçün yaradılıb.

AP Əmək Departamentinin də bəzi işçilərini geri qaytardığını, Milli Park Xidmətinin isə daha öncə bəzi işçilərini bərpa etdiyini yazır.

İ.Mask mayın 30-da Tramp administrasiyasını tərk edib. Onun DOGE rəhbəri vəzifəsində xüsusi dövlət qulluqçusu kimi səlahiyyəti başa çatıb. Prezident administrasiyasındakı işi başa çatdıqdan sonra Donald Tramp ona gördüyü işlərə görə təşəkkür əlaməti olaraq Ağ evin simvolik qızıl açarını hədiyyə edib. Bundan sonra Mask Trampın büdcə qanunu və vergi güzəştlərinin müddətinin uzadılması təklifini kəskin tənqid edərək deyib ki, qanunun qəbulu ABŞ-nin onsuz da çox olan dövlət borcunu kəskin artıracaq. Milyarder daha sonra Trampla bağlı paylaşımlarına görə üzr istəyib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr