AZ

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artacaq

Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 1054 manata çatacaq.

Modern.az xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib.

EIU-nun proqnozlarına əsasən, orta aylıq əməkhaqqı 2026-cı ildə 1108,4 manat, 2027-ci ildə 1157,7 manat, 2028-ci ildə 1204,2 manat, 2029-cu ildə isə 1264,8 manat təşkil edəcək.

Qiymətləndirməyə görə, orta aylıq əməkhaqqında artım 2025-ci ildə 6%, 2026-cı ildə 5,2%, 2027-ci ildə 4,5%, 2028-ci və 2029-cu illərdə isə 4,5% səviyyəsində proqnozlaşdırılıb.

Qeyd edək ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqı ötən il 1009,2 manat olub.

Hökumət 2026-cı ilin büdcə layihəsində Azərbaycanda orta aylıq nominal əməkhaqqının gələn il 1170,8 manat, 2027-cı ildə 1246,8 manat, 2028-ci ildə 1327,6, 2029-cu ildə isə 1411,8 manat təşkil edəcəyini proqnozlaşdırıb. (Mənbə: APA)

Seçilən
18
11
modern.az

10Mənbələr