AZ

ŞƏT Bakının təşkilata üzvlüyünü dəyərləndirib

Bu sözləri ŞƏT-in Baş katibi Nurlan Yermekbayev Rusiyanın "İzvestiya" qəzetinəmüsahibəsindədilə gətirib. O, qəzetin "Azərbaycan və Ermənistanın təşkilata tamhüquqlu üzv seçilib-seçilməyəcəyi" ilə əlaqədar sualı cavablandırıb. Vurğulayıb ki, konsensus baş tutarsa, "ŞƏT özü ilə oxşar məqsəd, vəzifə və prinsipləri bölüşən" ölkələrin qəbuluna hazırdır.

"2024-cü ildə ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının Astanada imzalanmış tərəfdaşlıq prinsiplərinə dair bəyanatında da bu məsələyə toxunulub. Bir çox məsələdə razılığa gəlmək üçün müəyyən vaxt lazımdır. Eyni zamanda, fəaliyyəti prinsipimizə, maraqlarımıza zidd düşməyən hər kəs üçün təşkilatımızın qapıları açıqdır",- Baş katib söyləyib.

Xatırladaq ki, bir müddət qabaq ŞƏT-ə Azərbaycanın üzvlüyünün Hindistan, Ermənistanın üzvlüyünün isə Pakistann tərəfindən maneə törədildiyi bildirilmişdi. Nurlan Yermekbayev bu xəbərə də toxunub.

"Hər hansı maneə törətməkdən söhbət gedə bilməz. Hər qərar müzakirə, yoxlama və konsensusun nəticəsidir" , - o deyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
63
1
azvision.az

2Mənbələr