AZ

Ukrayna Novorossiyski VURDU: Ölənlər var - VİDEO

Sentyabrın 24-ü günorta saatlarında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiya Kransodar diyarının Novorossiysk şəhərinə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.

Onun sözlərinə görə, dron hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib. İlkin məlumatlara görə, 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Rəsmi açıqlamaya görə, dronlar Novorossiysk mehmanxanasının yaxınlığında şəhərin mərkəzinə zərbələr endirib və hotel binasına da ziyan vurub.

 

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk mərkəzindəki ofisi də dron hücumu nəticəsində zədələnib, iki işçi yaralanıb.

“İnzibati ofisdə fəaliyyət müvəqqəti dayandırılıb, işçilər təxliyə olunub. Hücum zamanı binada kənar işçilər də ağır xəsarət alıblar”, – məlumatda bildirilir.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr