Birləşmiş Ərəb Əmirliklərində gənclər arasında muaytay üzrə dünya çempionatı keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın idmançıları paytaxt Əbu-Dabidə baş tutan yarışda 3 medal qazanıblar.
Muaytayçılarımızdan Elmir Talıbov və Ömər Mehrəliyev gümüş, Ramal Səmədzadə isə bürünc medala yiyələnib.