AZ

Nəriman Axundzadə Kopenhagen ə qarşı oynayacaqmı? AÇIQLAMA

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin düşərgəsində zədələnən və bu səbəbdən "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika"ya qarşı səfər matçında (3:2) oynaya bilməyən hücumçu Nəriman Axundzadənin son vəziyyətinə aydınlıq gəlib. 

"Köhlən atlar"ın sözçüsü Anar Hacıyevin Fanat.Az-a açıqlamasında 21 yaşlı forvardın məşqlərə başladığını bildirib:

"Nəriman bu gün axşam məşqinə qatılacaq. Onun kollektiv çalışmalarda tam gücü ilə iştirak edib-etməyəcəyi isə məşq prosesində bəlli olacaq".

Xatırladaq ki, "Qarabağ" ÇL-in 2-ci turunda "Kopenhagen"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüşün start fiti 20:45-də səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
fanat.az

3Mənbələr